» » » Azərbaycan klublarının Avropa Liqasındakı növbəti oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan klublarının Avropa Liqasındakı növbəti oyunlarına təyinatlar açıqlanıb


Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki cavab oyunlarına bütün təyinatlar açıqlanıb. ucarliyiq.biz-in məlumatına görə, "Zirə"nin ev, "İnter" və "Qəbələ"nin səfər matçları gürcüstanlı, litvalı və rumıniyalı hakimlərə tapşırılıb.

Avropa Liqası, II təsnifat mərhələsi

Cavab görüşləri

21:00. "Zirə (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya)

Baş hakim: Georgi Vadaçkoriya

Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

Bakı, "Dalğa Arena"

21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan)

Baş hakim: Donatas Rumsas

Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov

Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)

UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

Eş sür-alzett, "Emil Mayriş" stadionu

23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Konstantin Sebastian Koltesku

Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa

Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok, "Miejski" stadionu.

Qeyd edək ki, ilk oyunlarda "Zirə" 0:2 hesabı ilə uduzub, "İnter" 1:0 hesablı qələbə qazanıb, "Qəbələ" isə heç-heçə edib - 1:1.

Interesting facts scroll top