» » » Robert Prosineçkinin köməkçiləri “Qəbələ” və “İnter”in səfər oyunlarını izləyəcəklər

Robert Prosineçkinin köməkçiləri “Qəbələ” və “İnter”in səfər oyunlarını izləyəcəklər

Robert Prosineçkinin köməkçiləri “Qəbələ” və “İnter”in səfər oyunlarını izləyəcəklər

“Qəbələ” və “İnter” komandalarının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab matçlarını Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçiləri də izləyəcəklər.

AFFA-dan “Report”a verilən məlumata görə, Mahmud Qurbanov iyunun 20-də Polşanın Belostok şəhərində baş tutacaq “Yagelloniya” – “Qəbələ” görüşündə iş başında olacaq.

Faiq Əzizov isə eyni tarixdə Lüksemburqda keçiriləcək “Fola Eş” – “İnter” qarşılaşmasına baxacaq.

Hazırda vətəni Xorvatiyada istirahətdə olan R.Prosineçki isə Azərbaycan klublarının iştirakı ilə reallaşacaq avrokubok matçlarından heç birini izləməyəcək.

Qeyd edək ki, “İnter”in oyunu Bakı vaxtı ilə saat 21:30-da, “Qəbələ”nin görüşü isə saat 23:30-da başlayacaq.

Interesting facts scroll top