» » » Azərbaycan millisinin futbolçusu "Zirə"nin potensial rəqibi ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu "Zirə"nin potensial rəqibi ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu "Zirə"nin potensial rəqibi ilə müqavilə bağlayıb

Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev karyerasını Ukraynada davam etdirəcək.

“Report”un “Sport Arena”ya istinadən verdiyi məlumata görə, 29 yaşlı cinah müdafiəçisi Premyer Liqa təmsilçisi “Aleksandriya” ilə müqavilə bağlayıb.

Sözləşmənin detalları barədə məlumat verilmir. Onun əsas heyətə düşmək üçün Sergey Çebotayevlə rəqabət aparacağı bildirilir.

“Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə”nin potensial rəqibidir. Azərbaycan təmsilçisi Rumıniyada baş tutan ilk görüşdə 1:3 hesabı ilə uduzduğu “Astra”nı mübarizədən kənarlaşdırarsa, Paşayevin yeni komandasına rəqib olacaq.

Qeyd edək ki, Pavel Paşayev ona olan borcunu ödəmədiyi üçün Ukraynanın digər təmsilçisi “Stal”dan ayrılıb. O, həmçinin, “Dnepr”, “Krivbass”, “Karpatı”, “Metallurq” və “Qəbələ”nin formasını geyinib. 29 yaşlı futbolçu Azərbaycan yığmasının heyətində 4 oyun keçirib.

scroll top