» » » "Samtredia" klubunun kapitanı: "Hamımız ilk görüşdəki nəticədən məyusuq"

"Samtredia" klubunun kapitanı: "Hamımız ilk görüşdəki nəticədən məyusuq"

"Samtredia" klubunun kapitanı: "Hamımız ilk görüşdəki nəticədən məyusuq"

"Çox çətin vəziyyətlə üzləşmişik. Bununla belə, qalib gəlməyə çalışacağıq".

ucarliyiq.bizun məlumatına görə, bunu Gürcüstanın "Samtredia" klubunun kapitanı Georgi Datunaşvili "Qarabağ"la keçirəcəkləri futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda bu hədəfə kökləniblər:

"Ötən il oxşar vəziyyətdə "Qəbələ"ni cavab görüşündə yenmişdik. Ümidvaram ki, bu dəfə də belə bir hal baş verəcək. Hamımız ilk görüşdəki nəticədən məyusuq. Bizi hər zaman dəstəkləyən "Samtredia" azarkeşlərinə hörmətimi ifadə etmək istərdim. Onların sabah məmnun olmalarına çalışacağıq".

Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk görüşdə Azərbaycan təmsilçisi böyük hesabla (5:0) qalib gəlib.

scroll top