» » » "Qarabağ" "Samtredia" ilə oyunda mümkün erməni təxribatının qarşısının alınması üçün UEFA-ya müraciət edib

"Qarabağ" "Samtredia" ilə oyunda mümkün erməni təxribatının qarşısının alınması üçün UEFA-ya müraciət edib

"Qarabağ" "Samtredia" ilə oyunda mümkün erməni təxribatının qarşısının alınması üçün UEFA-ya müraciət edib
© Foto: Report.az

"Qarabağ" klubu "Samtredia" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda mümkün erməni təxribatının qarşısını almaq üçün tədbir görüb.

ucarliyiq.bizun Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar Gürcüstan klubuna və UEFA-ya müraciət edilib.

Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması üçün danışıqlar aparılıb. Nəticədə oyunun keçiriləcəyi Boris Payçadze adına "Dinamo" Arenasına yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib. Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum səylə çalışacağını bildirib.

Qeyd edək ki, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri arasındakı qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb. İyulun 18-də keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

scroll top