» » » Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək


Bu gün futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək. “Report”un məlumatına görə, iki gün ərzində ümumilikdə 17 matç baş tutacaq.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” ilk görüşdə 5:0 hesabı ilə məğlub etdiyi “Samtredia”nın qonağı olacağı halda, Ağdam təmsilçisinin III təsnifat mərhələsindəki rəqibi “Kukesi” (Albaniya) - “Şerif” (Moldova) görüşündə müəyyənləşəcək.

Həmçinin Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Slovakiya çempionu “Jilina” evdə 1:3 hesabı ilə uduzduğu Danimarka “Kopenhagen”nin qonağı olacaq.


Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

18 iyul

18:00. “Astana” (Qazaxıstan) - “Spartak” (Latviya)

İlk oyun - 1:0

20:00. “Vardar” (Makedoniya) - “Malmö” (İsveç)

İlk oyun - 1:1

20:00. “Alaşkert” (Ermənistan) - BATE (Belarus)

İlk oyun - 1:1

21:00. “Samtredia” (Gürcüstan) - “Qarabağ” (Azərbaycan)

İlk oyun - 0:5

22:00. “Vikinqur” (Farer adaları) - “Hafnarfyordur” (İslandiya)

İlk oyun - 1:1

22:00. TNS (Uels) - “Riyeka” (Xorvatiya)

İlk oyun - 0:2

22:45. “Buduçnost” (Monteneqro) - “Partizan” (Serbiya)

İlk oyun - 0:2

19 iyul

20:00. “Dudelanj” (Lüksemburq) - APOEL (Kipr)

İlk oyun - 0:1

21:15. “Rusenborq” (Norveç) - “Dandolk” (İrlandiya)

İlk oyun - 1:1

21:30. “Kopenhagen” (Danimarka) - “Jilina” (Slovakiya)

İlk oyun - 3:1

21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova)

İlk oyun – 0:1

22:00. “Lüdoqorets” (Bolqarıstan) - “Jalgiris” (Litva)

İlk oyun – 1:2

22:15. “Maribor” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina)

İlk oyun -2:1

22:30. “Zalsburq” (Avstriya) - “Hibernians” (Malta)

İlk oyun – 3:0

22:45. “Legiya” (Polşa) - “Mariehamn” (Finlandiya)

İlk oyun - 3:0

22:45. “Seltik” (Şotlandiya) – “Linfild” (Şimali İrlandiya)

İlk oyun – 2:0

23:15. “Honved” (Macarıstan) - “Hapoel” (Beyer Şeva, İsrail)

İlk oyun - 1:2

scroll top