» » » "Barselona" klubu 2016-2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib

"Barselona" klubu 2016-2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib

"Barselona" klubu 2016-2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib

İspaniyanın "Barselona" klubu 2016-2017 mövsümündə 708 milyon avro gəlir əldə edib. ucarliyiq.bizun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, planlaşdırıldığından 13 milyon avro çox və rekord göstəricidir.

Hesabat dövründə vergilər çıxıldıqdan sonra xalis mənfəət 18 milyon avro olub. Klubun borclarının 24,5 milyon avro azalması bu göstəricinin 247 milyon avroya çatmasına səbəb olub. Cari maliyyə ilində klub ümumi xərclərinin 66 faizini əmək haqlarının ödənilməsinə yönəldib.

Klubun strateji planına əsasən, 2021-ci ilədək "Barselona" 1 milyard avro qazanmalıdır.

scroll top