» » » FİFA Şurasının böyük vitse-prezidenti korrupsiya ittihamı ilə həbs olunub

FİFA Şurasının böyük vitse-prezidenti korrupsiya ittihamı ilə həbs olunub

FİFA Şurasının böyük vitse-prezidenti korrupsiya ittihamı ilə həbs olunub

İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Anxel Mariya Vilyar korrupsiya ittihamı ilə həbs olunub. ucarliyiq.biz-in "El Pais"ə istinadən verdiyi məlumata görə, İspaniya vətəndaş qvardiyasının bölmələri səhər saatlarında korrupsiya əleyhinə reyd həyata keçiriblər.

Bu reyd RFEF rəhbərliyinə də şamil edilib. Şübhəlilər arasında Vilyar və oğlu Qorka da var.

67 yaşlı funksioner RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli bilinir. Vilyar mayda yenidən seçildiyi quruma 29 ildir başçılıq edir. O, FİFA Şurasının böyük vitse-prezidenti kimi Mişel Platini azad olunduqdan sonra UEFA prezidenti səlahiyyətlərini icra edib.

Interesting facts scroll top