» » » Azərbaycan boksçuları Belarusda beş medal qazanıblar

Azərbaycan boksçuları Belarusda beş medal qazanıblar


Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 5 medal qazanıblar.

“Report”un məlumatına görə, 15 ölkədən 100-dən çox kişi və qadın boksçunun qüvvəsini sınadığı yarışda Pərviz Bağırov (69 kq) gümüş, Umud Rüstəmov (56 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Fuad Aslanov turnirdə Azərbaycanı hakim kimi təmsil edib.

scroll top