» » » “İnter” Zaur Svanadze ilə yeni müqavilə imzalayıb

“İnter” Zaur Svanadze ilə yeni müqavilə imzalayıb


Bakının “İnter” klubu əsas komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə imzalayıb.

Bunu “Report”a açıqlamasında 59 yaşlı gürcüstanlı mütəxəssis bildirib.

O deyib ki, sözləşmənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Z.Svanadze məşqçilər korpusunda da heç bir dəyişikliyin olmayacağını söyləyib.

Qeyd edək ki, Z.Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.

scroll top