» » » Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb - SİYAHI

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb - SİYAHI

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb - SİYAHI

Avqustun 9-14-də Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci, avqustun 23-28-də isə Almaniyanın Varnemunde şəhərində ikinci seçmə mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın heyətində 12 futbolçu yer alıb. Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov və Comərd Baxşəliyevdir.

Millinin oyunların təqvimi belədir:

Siofok (Macarıstan)

11 avqust, saat 19:00

Azərbaycan – Portuqaliya

12 avqust, saat 17:45

Belarus – Azərbaycan

13 avqust, saat 16:30

Polşa – Azərbaycan

Varnemunde (Almaniya)

25 avqust, saat 18:00

Almaniya – Azərbaycan

26 avqust, saat 19:15

İtaliya – Azərbaycan

27 avqust, saat 15:30

Azərbaycan – Ukrayna

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

scroll top