» » » Lionel Messi İspaniya çempionatları tarixinin ən yaxşı oyunçusu seçilib

Lionel Messi İspaniya çempionatları tarixinin ən yaxşı oyunçusu seçilib

Lionel Messi İspaniya çempionatları tarixinin ən yaxşı oyunçusu seçilib

“Barselona”nın argentinalı futbolçusu Lionel Messi İspaniya çempionatları tarixinin ən yaxşı oyunçusu seçilib.

“Report”un “Marca” nəşrinə istinadən verdiyi məlumata görə, İspaniya futbol tarixinin tədqiqat və statistika mərkəzi (CIHEFE) tərəfindən aparılan təhlildən sonra belə qənaətə gəlinib.

Araşdırma çərçivəsində 9280 futbolçu və 86 ölkə çempionatı nəzərdən keçirilib. Təhlil zamanı oynanılan dəqiqələr, qollar, avtoqollar və qırmızı vərəqələr əsas götürülüb.

Hesabında 349 qolu olan Lionel Messi 545 bal toplayıb. İkinci pillədə 528 balla “Real Madrid”in sabiq futbolçusu Raul Qonzales (1994-2010) qərarlaşıb. Üçüncü yeri isə “Barselona”da çıxış etmiş Sezar Sançes (1939-1955) tutub - 524 bal.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.

scroll top