» » » Ukrayna baş nazirinin müavini “Şaxtyor” - “Mariupol” oyunundan əvvəl dövlət himninin səsləndirilməməsinə etiraz edib

Ukrayna baş nazirinin müavini “Şaxtyor” - “Mariupol” oyunundan əvvəl dövlət himninin səsləndirilməməsinə etiraz edib


Ukrayna baş nazirinin müavini Vyaçeslav Kirilenko futbol üzrə ölkə çempionatının IV turu çərçivəsində keçirilən “Şaxtyor” – “Mariupol” oyununun start fitindən əvvəl dövlət himninin səsləndirilməməsinə etiraz edib.

“Report”un məlumatına görə, o, bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

Nazir müavini qeyd edib ki, Ukraynanın dövlət himni ölkə çempionatının bütün görüşlərindən əvvəl səsləndirilməlidir: “Şaxtyor”la “Mariupol” arasında keçirilən Donetsk derbisindən əvvəl himn səsləndirilməyib. Ukrayna Premyer Liqasının təşkilatçıları hara baxırlar? Fərqli şəhərlərə fərqli yanaşma nə deməkdir? Futbol ölkədə bir nömrəli idman növüdür. Dövlət himni bütün şəhərlərdə və bütün oyunlardan əvvəl səsləndirilməlidir. Bu, yalnız Kiyev və Dneprdə olmamalıdır. Poltavada keçirilən “Vorskla” - “Dinamo” qarşılaşması zamanı futbolçularla azarkeşlərin birlikdə himni ifa etmələri təsirləndirici mənzərə idi”.

Qeyd edək ki, “Şaxtyor” – “Mariupol” görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayəti 2014-cü ildən separatçıların nəzarətinə keçib. İşğal səbəbindən bu şəhəri təmsil edən “Şaxtyor” ev oyunlarını Xarkovda keçirir.

scroll top