» » » Bakının “İnter” klubu “İnter Arena”nı tərk etməyəcək

Bakının “İnter” klubu “İnter Arena”nı tərk etməyəcək

Bakının “İnter” klubu “İnter Arena”nı tərk etməyəcək

Bakının “İnter” klubu “İnter Arena”nı tərk etməyəcək.

“Report” xəbər verir ki, bununla bağlı paytaxt təmsilçisinin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, AFFA və "Aqrarkredit" SKT arasında aparılan danışıqlar nəticəsində “İnter”in əsas və uşaq futbol komandalarının 2017/2018 mövsümü ərzində “İnter Arena” stadionunda qalaraq fəaliyyət göstərməsinə qərar verilib: "“İnter”in əsas komandası növbəti mövsümdə ev oyunlarını “İnter Arena” stadionunun əsas meydançasında keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da “İnter Arena” stadionunda fəaliyyət göstərəcək".

Qeyd edək ki, “İnter” klubu ilə "Aqrarkredit" arasında yaranmış problem səbəbi ilə paytaxt təmsilçisinin “Dalğa Arena”ya köçəcəyi gözlənilirdi.

Interesting facts scroll top