» » » "Neftçi” - "Qarabağ” oyununun biletləri satışa çıxarılıb

"Neftçi” - "Qarabağ” oyununun biletləri satışa çıxarılıb


Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

“Report”un məlumatına görə, standart yerlər üçün qiyməti 1, VİP tribuna üçün 5 manat olan biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, avqustun 11-də "Bakcell Arena”da keçiriləcək mövsümün açılış oyunu saat 21:00-da başlayacaq.

scroll top