» » » Azərbaycan-San Marino oyununun biletləri satışa çıxarılıb

Azərbaycan-San Marino oyununun biletləri satışa çıxarılıb

Azərbaycan-San Marino oyununun biletləri satışa çıxarılıb

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.

ucarliyiq.bizun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində (metronun “Sahil” stansiyasının yaxınlığı) və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

VIP yerlər üçün biletlərin qiyməti 25, 1-ci kateqoriya üzrə 4, 2-ci kateqoriyaya aid olanlar isə 1 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San Marino matçı saat 20:00-da başlayacaq.

scroll top