» » » Azərbaycan Premyer Liqasının ilk turunun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasının ilk turunun təyinatları açıqlanıb


Avqustun 11-də start götürəcək futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turunun təyinatları açıqlanıb.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” – “Qarabağ” arasında keçiriləcək açılış oyununu FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan Premyer Liqası

11 avqust (cümə)

21:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”

12 avqust (şənbə)

20:00. “İnter” – “Qəbələ”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

“İnter Arena”

13 avqust (bazar)

19:00. “Zirə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

21:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

“Kapital Bank Arena”

Interesting facts scroll top