» » » “Fənərbağça” “Zenit”in braziliyalı futbolçusunu icarəyə götürür

“Fənərbağça” “Zenit”in braziliyalı futbolçusunu icarəyə götürür


Türkiyənin “Fənərbağça” klubu Rusiya təmsilçisi “Zenit”də forma geyinən Juliano Viktor de Paulanı icarəyə götürür.

“Report”un İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bununla bağlı danışıqlar başlayıb.

İyirmi yeddi yaşlı braziliyalı yarımmüdafiəçi bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbula gələcək və tibbi yoxlanışdan keçəcək.

Qeyd edək ki, Juliano ötən mövsüm “Zenit”in heyətində 30 oyuna çıxıb və 8 qol vurub.

scroll top