» » » “Sumqayıt” klubu 19 yaşlı qapıçı ilə müqavilə bağlayıb

“Sumqayıt” klubu 19 yaşlı qapıçı ilə müqavilə bağlayıb


“Sumqayıt” klubu 2017/2018 mövsümü üçün növbəti transferini reallaşdırıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son mövsümü “Qəbələ”də keçirmiş Süleyman Süleymanov Sumqayıt təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

19 yaşlı qapıçı 36 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, S.Süleymanov U-15, U-16, U-17, U-19 və U-21 millilərində çıxış edib.

scroll top