» » » Yelizaveta Səmədova: “Avropa çempionatında hədəflərimiz çox yüksəkdir” - MÜSAHİBƏ

Yelizaveta Səmədova: “Avropa çempionatında hədəflərimiz çox yüksəkdir” - MÜSAHİBƏ


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Yelizaveta Səmədova Azərbaycan Volyebol Federasiyasının “Facebook” səhifəsində azarkeşlərin suallarını cavablandırıb.

“Report” həmin müsahibəni təqdim edir:

- Azərbaycanda yaşamaq nə qədər rahatdır?

- Azərbaycana 17 yaşımda gəlmişəm. Amma tək yox, Ukraynadan gələn bir neçə nəfər idik. Ona görə də həmin qızlarla tək məşqlərdə yox, zaldan kənarda da bir yerdəydik. Bu üzdən də yeni mühitə uyğunlaşmağa heç bir problem olmadı.

- Azərbaycan millisində oynamaq təklifini hansı səbəblərdən qəbul etdiniz? Əsas səbəblərdən biri pul idimi?

- Bakı klubu ilə danışıqlarımız çox çəkdi. Hətta Bakıya baxışa gəlmişdik. Düzünü desəm, rastlaşdığım şərait, zal, burada oynayan voleybolçular məni valeh etdi. Vətəndaşlığa gəlincə, valideynlərimlə çox fikirləşdik və Azərbaycana üstünlük verdik. Gələcək karyeram üçün bu düzgün bir addım idi. O ki qaldı pula, hər bir klubun oyunçuları maaş alır, mənim də öz maaşım var idi.

- Avropa çempionatında əsas hədəfiniz nə olacaq?

- Hədəflərimiz çox yüksəkdir. Avropa çempionatına ciddi hazırlaşırıq və inanıram ki, yaxşı nəticəyə nail ola bilərik.

- Yeni klubunuz “Savino del Bene”də əsas heyətdə olacağınıza inanırsınız?

- Çox şadam ki, belə güclü çempionatda, İtaliya A seriyasında oynayacam. Çətin olacaq, amma əlimdən gələni edəcəm ki, özümü və ölkəmi layiqincə təmsil edim.

- Niyə “Modena”nın təklifini qəbul etmədiniz? Məncə, “Modena” daha güclü klubdur. Rəqabətdən çəkindiniz?

- “Modena” bu il o qədər də güclü deyil. Bəli, onlardan da təklif var idi. Amma ailəmlə və menecerimlə məsləhətləşib, “Savino del Bene”ni seçdim.

- Niyə “8 nömrə”ni seçmisiz?

- Adətən, mən “3 nömrə” altında oynayıram. Amma həmin nömrə artıq alınmışdı deyə, “8”i seçdim.

- Bu vaxta kimi işlәdiyiniz baş mәşqçilәr arasında ən çox sevdiyiniz mütəxəssis hansıdır?

- İlk məşqçim Andrey Anatolyeviç Onipka.

- Karyeranızda sonradan təəssüfləndiyiniz addım atmısınız?

- Yox və ümid edirəm ki, olmayacaq.

scroll top