» » » Qurban Qurbanov: "Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq"

Qurban Qurbanov: "Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq"

Qurban Qurbanov: "Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq"

"Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Düşünürəm ki, yeni çempionat daha da maraqlı keçəcək".

ucarliyiq.bizun məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis çox yaxşı komandaya qarşı oynadıqlarını bildirib: "Bu, derbi idi. Bu cür görüşdə qalib gəlmək bizim üçün xoşdur. Futbolçuların hər birindən razı qaldım. Bundan sonra "Kopenhagen”lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib görüşdür".

- Oyunun sonlarında zədələnən Dani Kintananın durumu necədir?

- Düzdür, fevraldakı kimi yenə həmin ayağından zədələndi. Amma əməliyyat olunan yer deyil. Özü də elə hiss edir. Ayağının bir qədər arxa tərəfindən zədə aldı. Ağrı olduğu üçün davam etdirə bilmədi. Sabah dəqiq biləcəyik.

- "Kopenhagen”in məşqçisi tribunada idi. Bu gün oyun planında nəyisə gizlətdinizmi?

- Biz hələ optimal formada deyilik. İkinci hissədə top itkilərimiz çox oldu. Gizlədəsi bir şey yoxdur. Bütün oyunlarımıza baxırlar. "Neftçi” ilə görüş bizim üçün vacib idi. "Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq.

- Rəşad Sadıqov "Kopenhagen”lə Bakıdakı matça hazır olacaq?

- Hazır olmaq ehtimalı çoxdur. Onun kimi, Miçel və Riçard Almeydanın da həmin görüşə hazır olacağını gözləyirik.

Interesting facts scroll top