» » » “Qəbələ” ispaniyalı futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” ispaniyalı futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” ispaniyalı futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” futbol klubu mövsümlərarası fasilədə heyətinə qatdığı Fransisko Xavyer Ernandes Qonzaleslə yollarını ayırıb. Bu barədə “Report”a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

“Qırmızı-qaralar”dan ayrılmaq istəyən 28 yaşlı ispaniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, dünən Azərbaycanı tərk edib.

Qeyd edək ki, “Qəbələ” iyunun 15-də Xavi Ernandes Qonzales kimi tanınan yarımmüdafiəçi ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalamışdı.

scroll top