» » » "Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu daha 3 həftəlik sıradan çıxıb

"Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu daha 3 həftəlik sıradan çıxıb


"Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu Dani Kintana daha 3 həftəlik sıradan çıxıb.

ucarliyiq.biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi “Neftçi” ilə Azərbaycan Premyer Liqasının ilk tur matçının 86-cı dəqiqəsində zədələnib. Meydanı vaxtından əvvəl tərk etmiş Kintanana bu gün MRT müayinəsindən keçib. 30 yaşlı orta sahə oyunçusunun əzələsinin dartılması müəyyənləşib. O, təxminən 3 həftə sonra məşqlərə start verəcək.

Qeyd edək ki, Dani Kintana fevralda zədələnərək, 6 ay müddətinə sıradan çıxmışdı.

scroll top