» » » “Zirə”nin baş məşqçisi: "Planlaşdırdığımız kimi oyuna qolla başladıq"

“Zirə”nin baş məşqçisi: "Planlaşdırdığımız kimi oyuna qolla başladıq"


Azərbaycan Premyer Liqasının I turunda evdə “Səbail”i 2:1 hesabı ilə məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Report”un məlumatına görə, gənc mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.

- Birinci oyun həmişə çətin keçir, uşaqları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdir. Planlaşdırdığımız kimi oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu görüşdəki səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq.

- Komandanın müdafiə xəttini belə zəif görməmişdik...

- Bu, məni də narahat elədi. Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm.

- Penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasında anlaşılmazlıq oldu...

- Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu.

- Qabriel Mateyin zədəsi ciddi deyil ki?

- Bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək.

scroll top