» » » Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib. ucarliyiq.bizun məlumatına görə, Zirədə eyniadlı komanda debütant "Səbail"i qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Hesabı artıq 3-cü dəqiqədə Milan Düriç açıb. Bundan 6 dəqiqə sonra meydan sahibləri növbəti qol imkanı qazanıblar. Lakin Riçard Qadze penaltini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, Qadze 17-ci dəqiqədə "Səbail"in qapıçısı Emil Balayevin kobud səhvindən yararlanaraq, fərqi artırıb. Qonaqlar təsəlli qolunu 43-cü dəqiqədə vurub. "Səbail"in yeni transferi Vüqar Nadirov uzaq məsafədən dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib.

"Sumqayıt" - "Kəpəz" matçında da meydan sahibləri eyni hesabla qalib gəliblər. Hələ 16-cı dəqiqədə meydan sahiblərinin yeni transferi Cavid İmamverdiyev gözəl qola imza atıb. 52-ci dəqiqədə qonaq komandanın nigeriyalı legioneri Viktor Oseqeyl "Sumqayıt" müdafiəçilərinin səhvindən yararlanaraq, hesabı bərabərləşdirib. Lakin 74-cü dəqiqədə Amil Yunanov matçda son nöqtəni qoyub.

Bu, turun 2:1 hesabı ilə nəticələnən 3-cü oyunu olub. Daha əvvəl "Qəbələ" səfərdə "İnter"i belə hesabla yenib. Turun açılış oyununda isə "Neftçi" evdə "Qarabağ"a uduzub - 1:3.

Interesting facts scroll top