» » » "Sumqayıt"ın baş məşqçisi: "Hücum potensialımız güclüdür"

"Sumqayıt"ın baş məşqçisi: "Hücum potensialımız güclüdür"


"İlk matçın təzyiq altında keçəcəyini təsəvvür etmirdik. Getdiyimiz hər yerdə bu oyundan danışırdılar. Oyuna pis başlamadıq. İkinci hissənin əvvəllərində təşəbbüsü rəqibə verdik. Səhvimizdən buraxdığımız qol bizə təsir etdi. Tezliklə özümüzə gələrək, qol vurduq. Böyük hesabla da qalib gələ bilərdik".

ucarliyiq.bizun məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Kəpəz"i evdə 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin digər suallarını cavablandırıb...

- Komandamızda "vuran ayaq" probleminin həll olunmadığı görünür...

- Əksinə, hücum potensialımız güclüdür. Qol vura bilməyən oyunçular bunlardan qat-qat yaxşılarını vurmağa qadirdirlər. Qollar vura bilməsək də, yaxşı hücumlar etdik.

- Qol buraxdığınız epizodda nə baş verdi ki, elə kobud səhvə yol verdiniz...

- Həmin epizodda sadəcə anlaşılmazlıq oldu. Təki səhvlər belə olsun. Bir var mövqe səhvlərindən qol buraxasan, bir də var belə. Vurğun Hüseynov bir gün əvvəl dizindən zədə aldığı üçün oynaya bilmədi. Komandamız hələ oturuşmayıb. 20 yoldaşlıq görüşü ilə də bunu aradan götürmək olmaz. Belə gərgin oyunlar olmalıdır ki, aradan qaldıraq.

- İkinci qol Xəyal Nəcəfovun ötürməsindən vuruldu...

- Amma Xəyal bu gün ən zəif oyunçu idi.

scroll top