» » » UEFA "Qarabağ"ın Çempionlar Liqasından qazanacağı vəsaiti açıqlayıb

UEFA "Qarabağ"ın Çempionlar Liqasından qazanacağı vəsaiti açıqlayıb


UEFA 2017-2018 mövsümündə Çempionlar Liqasından gəlirlərin bölgüsü sxemini açıqlayıb. ucarliyiq.biz-in məlumatına görə, cari mövsümdə Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokundan ümumi gəlir 2,35 milyard avro proqnozlaşdırılır.

Bu proqnoza və gəlirlərin bölgü sxeminə əsasən, avrokubok iştirakçıları üçün ümumilikdə 1,7187 milyard avro nəzərdə tutulub. Bunun 1,3189 milyard avrosu Çempionlar Liqası və UEFA Super Kuboku, 399,8 milyon avrosu isə Avropa Liqası iştirakçıları üçün nəzərdə tutulub.

2,25 milyard avronun 12 faizi (282 milyon avro) təşkilati və inzibati xərclərə, 8,5 faizi (199,7 milyon avro) həmrəylik xərclərinin ödənilməsinə sərf olunacaq.

Çempionlar Liqasının 32 iştirakçısına gəldikdə, onların hər biri ən azı 12,7 milyon avro qazanacaq. Qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro gətirəcək.

1/8 finala vəsiqə qarşılığında hər bir klub daha 6 milyon avro, 1/4 finala yüksələcəyi təqdirdə 6,5 milyon avro, yarımfinala qatılacağı halda 7,5 milyon avro qazanacaq.

Çempionlar Liqasının qalibi əlavə 15,5 milyon avro, finalçı 11 milyon avro əldə edəcək.

Beləliklə, "pley-off" və bazar gəlirləri nəzərə alınmamaqla, qalib komanda maksimum 57,2 milyon avroya sahib çıxacaq.

Qrup mərhələsindəki nəticələrə və turnirdə irəliləmələrə görə ödənişlər ümumilikdə 761,9 milyon avro təşkil edəcək. Bunun 507 milyon avrosu teleyayım üçün nəzərdə tutulub.

Qrup mərhələsinin birbaşa iştirakçıları 1,2689 milyard avro əldə edəcəklər. Qrupa düşə bilməyən çempionlar isə seçmə mərhələlərdə iştirak bonusundan əlavə, 260 min avroya sahib olacaqlar. Çempionlar Liqasının ilk 3 təsnifat mərhələsində iştirak haqları müvafiq olaraq, 220 min avro, 320 min avro və 420 min avrodur. Bu məbləğlər yalnız mübarizəni dayandıranlar üçün nəzərdə tutulub. "Pley-off"da mübarizəni dayandıranlar isə bu ödənişlərdən əlavə, 260 min avro bonus əldə edəcəklər.

UEFA Super Kubokunun qalibi 4 milyon avro, uduzan klub isə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında "Qarabağ" təmsil edir. Ağdam klubu Çempionlar Liqasının ilk "pley-off" matçında evdə Danimarka "Kopenhagen"ini yenib - 1:0. Cavab görüşü avqustun 23-də keçiriləcək.

Interesting facts scroll top