» » » Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

"İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik".

ucarliyiq.biz-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Danimarkada "Kopenhagen"lə keçirəcəkləri Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis qrupa vəsiqə şanslarından maksimum yararlanmağa çalışacaqlarını bildirib: "Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq, biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandalar arasında ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Interesting facts scroll top