» » » "Monako" Mbappeni 150 milyon avroya PSJ-yə satmağa razılaşıb

"Monako" Mbappeni 150 milyon avroya PSJ-yə satmağa razılaşıb

"Monako" Mbappeni 150 milyon avroya PSJ-yə satmağa razılaşıb

PSJ "Monako"nun hücumçusu Kilina Mbappenin transferinin son detallarını razılaşdırıb və tezliklə sövdələşməni rəsmən elan edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Le Parisien" nəşri yazıb.

Məlumata görə, monakolular parislilərin son təkliflərini qəbul ediblər və Kiliana görə 150 milyon avro və bir oyunçu almalıdırlar.

Maliyyə feyr-pleyini pozmamaq üçün Neymara görə 222 mln. avro ödəmiş "qırmızı-göylər" bir sıra futbolçularını satmalıdır. Klubu Serj Orye, Atem Ben-Arfa, Qjeqoj Krıxovyak, Qonsalu Quedeş, Lukas Moura, Yulian Draksler və Anhel Di Mariya tərk edə bilər.

Bundan əvvəl Mbappenin klub ilə beş illik müqavilənin şərtlərini razılaşdırdığı məlumat verilmişdi.

Interesting facts scroll top