» » » Şəfəq Hüseynli: "Azərbaycan Ağır Atletika Federasiyasına sanksiyanın tətbiq olunmamasına çalışırıq"

Şəfəq Hüseynli: "Azərbaycan Ağır Atletika Federasiyasına sanksiyanın tətbiq olunmamasına çalışırıq"


Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 1 ildən 2 ilədək diskvalifikasiya oluna bilər. 


Bu barədə ucarliyiq.biza Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.


Onun sözlərinə görə, milli komandanın ən azı 5 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsi səbəbindən AAAF-a cəza gələcəyi gözlənilir. Azərbaycanla yanaşı, daha 8 ölkənin məsələsinə 11-12 sentyabrda Macarıstanın paytaxtı Budepeştdə xüsusi komissiyanın iclasında baxıldıqdan sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraedici Şurası 30 sentyabr - 1 oktyabrda qərarını açıqlayacaq.


Ş.Hüseynli hazırda 1 illik cəzalanma məsələsinin müzakirə olunduğunu bildirib. O, Azərbaycana qarşı sanksiyanın tətbiq olunmamasına çalışdıqlarını açıqlayıb: "Son zamanlar AAAF ağırlıqqaldıranların dopinqdən uzaq olmaları üçün böyük işlər görür. Ümid edirik ki, bunları nəzərə alaraq, Azərbaycana güzəşt ediləcək".


Qeyd edək ki, sanksiya tətbiq olunsa, Azərbaycan ağırlıqqaldırma yığması 27 noyabr - 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına qatılmayacaq. Cəzalandırılacağı gözlənilən digər ölkələr Rusiya, Qazaxıstan, Ermənistan, Belarus, Moldova, Ukrayna, Türkiyə və Çindir. 

Interesting facts scroll top