» » » Azərbaycan I Divizionunda 8 klubun iştirakına icazə verilib

Azərbaycan I Divizionunda 8 klubun iştirakına icazə verilib

Azərbaycan I Divizionunda 8 klubun iştirakına icazə verilib

Bu gün AFFA və Peşəkar Futbol Liqasının birgə komissiyası I Divizionda çıxış etmək istəyən klubların müraciətlərinə baxıb. ucarliyiq.biz-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müzakirələrdən sonra sənədləri qaydasında olan 8 klubun I divizionda iştirakına icazə verilib. 


Bunlar “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-dir. “Binə”, “Şahdağ” (Qusar), “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı” isə sənədlərini tam təqdim etməyib. Onlara 12 sentyabr saat 18:00-dək vaxt verilib. 

Interesting facts scroll top