» » » "Kəpəz"in 65 metrdən qol vuran futbolçusu: "Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım"

"Kəpəz"in 65 metrdən qol vuran futbolçusu: "Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım"

"Kəpəz"in 65 metrdən qol vuran futbolçusu: "Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım"

Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında “İnter”ə 2:3 hesabı ilə məğlub olan “Kəpəz”in futbolçusu Kərim Diniyev jurnalistlərin suallarını cavablandırıb.


“Report” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 65 metrdən vurduğu qolu da şərh edib.


Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...


- Oyuna pis başladıq. Gözləmədiyimiz halda, ilk 32 dəqiqədən sonra 0:3 hesabı ilə geri düşdük. Standart vəziyyətlərdən sadə qollar buraxdıq. Sonra toparlanmağı bacardıq, 2 qol vurduq. İkinci hissədə tempi artırmalıydıq, amma bacarmadıq. Geri dönüş edə bilmədik.


Məğlub olsanız da, 65 metrdən gözəl qol vurdunuz...


- Oyun başlayandan fikri verirdim ki, rəqib qapıçı Orxan Sadıqlı çox irəli çıxır. Uzaqdan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu.


Bu qol sizə əlavə motivasiya verəcək?


- Belə qollar tez-tez olmur. Qəbul etmək lazımdır, hər oyun vursam, girməz. İldə bir dəfə olan qoldur. Niyyətim qapı idi. Çünki tez-tez qabağa çıxdığını görürdüm. Anı gözləyirdim.


Bildiyimiz qədər məşqlərdə də bu cür zərbələr vurursunuz...


- Pis çıxmasın, normal zərbəm var. Çalışıram vuram. Bu gün alındı.


Məşqlər zamanı öz qapıçınıza belə qol vurmusunuz?


- Bu məsafədən vurmamışam.


Bütün standart vəziyyətlərdə qapıya zərbə endirirdiniz. Bu, Sadıqlının boyunun balaca olması ilə əlaqədardır?


- Komandaya xeyir verəcək zərbə vurmağa çalışırdım.


Bu, mövsümün qolu ola bilər?


- Hələlik danışmaq tezdir. Qarşıda 24 tur var.


Daha sonra cərimə zərbəsindən də qapını nişan aldınız. Bu, qolun verdiyi inam idi?


- Belə də demək olar. Qoldan sonra inam gəlmişdi. O da pis alınmadı, təhlükəli oldu.


Fasilədən sonra baş məşqçi bu cür zərbələri təkrarlamağınıza dair göstəriş verdi?


- Nəinki bu oyunda, bütün matçlara uzaqdan zərbə vurmağı tapşırır. Düzdür, bu məsafədən söyləmir. Deyir ki, nisbətən yaxından qapını yoxla.


Dörd turan sonra 1 xalınız var...


- Vəziyyət yaxşı deyil. Oyun sarıdan problemimiz yoxdur. Üstün oynadıq. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Həmçinin sürəti artırmağı bacarmadıq. İnşallah, düzələcək, yaxşı olacaq.

Interesting facts scroll top