» » » Ayxan Abbasov: "Son dəqiqədə qol buraxmaq bizə də çox pis təsir etdi"

Ayxan Abbasov: "Son dəqiqədə qol buraxmaq bizə də çox pis təsir etdi"

Ayxan Abbasov: "Son dəqiqədə qol buraxmaq bizə də çox pis təsir etdi"
© Foto: Report.az

"İlk yarıda bəzi səhvlər etdik. Amma ikinci hissədə demək olar ki, uşaqlar tapşırığı düzgün yerinə yetirdi. Gözlədiyimiz qolu vurduq. "Qəbələ"ni əks-hücumda yaxalayacağımızı gözləyirdik və bundan istifadə etdik".


ucarliyiq.biz-in məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.


O, 1 xala qane olduqlarını bildirib:


"Oyunun sonlarına yaxın gördük ki, "Qəbələ" məğlub olmaq istəmir. 9 və hətta 10 futbolçu ilə hücuma atılırdılar. Bir epizodda diqqətsizlik etdik və penaltidən qol buraxdıq. Bu oyun məqsədimiz məğlub olmamaq idi. Düşünürəm ki, bunu da bacardıq. Qəbələ səfərində 1 xal bizim üçün önəmli idi. Qarşıdakı oyunlara hazırlaşacağıq".


Gənc mütəxəssis penalti epizodu zamanı etirazlarının səbəbini də açıqlayıb:


"Top futbolçumuzun əlinə dəymişdi. Biz etirazımızı penalti epizoduna görə etmirdik. Məncə, oyuna 5 dəqiqənin əlavə edilməsi çox oldu. Ümumilikdə baş hakim oyunu normal idarə etdi. Son dəqiqədə qol buraxmaq bizə də çox pis təsir etdi. Penalti var idi".


Qeyd edək ki, bu, "Zirə"nin Premyer Liqada ilk xal itkisi olub.

Interesting facts scroll top