» » » Məşqçi əvəzedicisi: "Neftçi"ni düzəltmək üçün çox vaxt lazımdır, lap çox"

Məşqçi əvəzedicisi: "Neftçi"ni düzəltmək üçün çox vaxt lazımdır, lap çox"


"İlk hissədə zəif çıxış etdik. Belə olacağını gözləmirdim".


ucarliyiq.biz-in məlumatına görə, bunu "Neftçi"nin baş məşqçi əvəzi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.


O bildirib ki, ilk hissədə xətlərarası əlaqə alınmayıb: "Səhvlər vardı. Futbolçularımızın belə səhvə yol verəcəklərini təxmin etmirdim. İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik".


Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?


- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.


Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətiriləcək. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?


- Öz işimin öhdəsindən gəlməyə çalışıram. Mənə məsuliyyətli vəzifə tapşırıblar. Bunun nə qədər davam edəcəyini bilmirəm.


Emin Mahmudovun "Neftçi"yə keçəcəyi deyilir...


- Bəlkə də belə bir şey var, amma mənim xəbərim yoxdur.


Yeni gələn baş məşqçiyə “Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?


- Çox vaxt lazımdır. Lap çox...

Interesting facts scroll top