» » » "Neftçi" cari mövsümdə 3-cü dəfə məğlub olub

"Neftçi" cari mövsümdə 3-cü dəfə məğlub olub


Azərbaycan Premyer Liqasında IV turun daha bir qarşılaşması keçirilib.


ucarliyiq.biz-in məlumatına görə, "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib.


Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 25-ci dəqiqədə penaltidən Amil Yunanov vurub.


Bununla da "Sumqayıt" ardıcıl 2-ci qələbəsini qazanıb, "Neftçi" isə 3-cü məğlubiyyətə məruz qalıb. Lakin bu nəticə komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci pillədə qalıb. Flaqman isə 1 xalla 7-cidir.


Turun ilk 2 oyununda "İnter" "Kəpəz"i 3:2 hesabı ilə məğlub etdiyi halda, "Qəbələ" "Zirə" ilə heç-heçə edib - 1:1. Bu tur çərçivəsində keçirilməsi planlaşdırılan "Səbail" - "Qarabağ" görüşü isə Ağdam təmsilçisinin müraciəti əsasında ertələnib. Buna səbəb komandanın sentyabrın 12-də İngiltərədə "Çelsi" ilə keçirəcəyi Çempionlar Liqasının oyunudur.


Azərbaycan Premyer Liqası, IV tur


19:00."Sumqayıt” - "Neftçi” - 1:0


Qol: Amil Yunanov, 25-penalti ilə


Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev


AFFA nümayəndəsi: Vaqif Davudov


Hakim-inspektor: Rövşən Əhmədov


"Kapital Bank Arena”

Interesting facts scroll top