» » » "Çelsi"nin futbolçusu: "Çempionlar Liqasının qalibi olmağa hazırıq"

"Çelsi"nin futbolçusu: "Çempionlar Liqasının qalibi olmağa hazırıq"

"Çelsi"nin futbolçusu: "Çempionlar Liqasının qalibi olmağa hazırıq"
© GETTY

"Çempionlar Liqasında oynamaq hamının istəyidir. Amma ötən mövsüm bu yarışı, sadəcə, televiziya vasitəsilə izləməli olduq. Bu, çox da yaxşı hal deyildi. Qayıdışımızdan məmnunuq".


ucarliyiq.biz-in məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar Çempionlar Liqasının qrup mərhələsinin startı ərəfəsində verdiyi açıqlamada deyib. Belçikalı 26 yaşlı yarımmüdafiəçi cari mövsümün komandası üçün vacib olduğunu bildirib: "Mən "Çelsi"də Çempionlar Liqasının yarımfinal həyəcanı yaşamışam. Bu səbəbdən, beynimdə yarışın qalibi olmaq fikri dolaşır. Fransa və İngiltərə çempionu olmuşam, kuboklar qazanmışam. Amma böyük oyunçular hər zaman Çempionlar Liqasını qazanmaq istəyirlər. İndi bu yarışın da qalibi olmaq vaxtıdır. Biz buna hazırıq".


Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında mübarizəyə "Qarabağ"a qarşı oyunla başlayacaq. Sentyabrın 12-də Londondakı "Stemford Bric" stadionunda keçiriləcək C qrupunun oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.  

Interesting facts scroll top