» » » "Çelsi"nin kapitanı: "Çempionlar Liqasında ən yaxşı komandalarla rəqabət aparırıq"

"Çelsi"nin kapitanı: "Çempionlar Liqasında ən yaxşı komandalarla rəqabət aparırıq"

"Çelsi"nin kapitanı: "Çempionlar Liqasında ən yaxşı komandalarla rəqabət aparırıq"
© Getty Images

“Yaxşı komandaların yer aldığı çətin qrupdayıq. Hər bir rəqib güclüdür”. 


“Report” xəbər verir ki, bunu “Çelsi” komandasının futbolçusu Hari Keyhill Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda “Qarabağ”la oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.


London təmsilçisinin 32 yaşlı ingiltərəli kapitanı bildirib ki, “Çelsi”nin ötən mövsüm avrokuboklardan kənar qalması komanda üçün ağır olub. O, yarışda iştirak etməyi səbrsizliklə gözlədiklərini söyləyib: “ÇL-dən kənarda qaldığımız mövsüm bizim üçün ağır idi. Lakin artıq qayıtmışıq. Yarışda iştirak etməyi səbrsizliklə gözləyirik. ÇL iştirak etdiyimiz ən yaxşı turnirlərdən biridir. Həftəiçi oyunlara kənardan baxanda, orada iştirak etmək istəyirsən. Biz məxsus olduğumuz yerə qayıtmışıq. Ən yaxşı kollektivlər sırasındayıq. Komandaya hər şey lazımdır – bəxt, keyfiyyət və yaxşı oyun. Çünki ən yaxşı komandalarla rəqabət aparırıq. Bu turnirdə iştirak edəcəyimiz üçün şadıq”.


Mərkəz müdafiəçisi Premyer Liqanın ilk turunda aldığı qırmızı vərəqə üzündən uzun müddət kənarda qalmasına da toxunub: “Oynamağa hazır olduğum üçün sevinirəm. Mənim üçün mövsümün yeni başladığını hiss edirəm. Meydana qayıtmağı səbrsizliklə gözləyirəm. Oynamaq üçün böyük istəyim var. İstənilən futbolçudan soruşsanız, oynaya bilməməyin ən pis durum olduğunu söyləyəcək. Bu, məni məyus edir. Lakin “Çelsi” mənsiz də keçindi. Çünki yaxşı komandamız var”.


Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Çelsi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Interesting facts scroll top