» » » Qurban Qurbanov: "Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik"

Qurban Qurbanov: "Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik"

Qurban Qurbanov: "Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik"
© Foto: qarabagh.com

“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir".


ucarliyiq.biz xəbər verir ki, bunu sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında Londonda "Çelsi" ilə qarşılaşacaq “Qarabağ” klubunu baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib.


"Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. "Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.

Interesting facts scroll top