» » » "Qarabağ” - “Roma” matçına 30 min bilet satılıb

"Qarabağ” - “Roma” matçına 30 min bilet satılıb


"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.


ucarliyiq.biz xəbər verir ki, bu günə olan məlumata görə, artıq qarşılaşmaya satılan biletlərin sayı 30 000-ə çatıb.


Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.


“Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.


Biletlərin qiymətləri:


VIP – 50 AZN


Kateqoriya 1 – 20 AZN


Kateqoriya 2 – 10 AZN


Kateqoriya 3 – 5 AZN


Kateqoriya 4 – 2 AZN


Şatış məntəqələri:


Asan Xidmət Mərkəzləri


Heydər Əliyev Sarayının kassası


28 Mall


Gənclik Mall


Park Bulvar (Qarabağ FK Fanshop)


M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)


Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)


Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Interesting facts scroll top