» » » Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi saxlanılıb

Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi saxlanılıb

Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi saxlanılıb
© Getty Images

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil həbs edilib.


“Report” “The Scottish Sun”a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Şotlandiyanın paytaxtı Edinburqda saxlanılıb. O, sərxoş halda avtomobil idarə etməkdə şübhəli bilinir. O`Nil ifadə vermək üçün oktyabrın 10-da məhkəməyə çağırılıb.  


Qeyd edək ki, Maykl O`Nil 2012-ci ildən Şimali İrlandiya millisinə rəhbərlik edir. Onun baş məşqçisi olduğu komanda cari tsikldə 19 xalla C qrununda 2-ci pillədə qərarlaşıb. 

Interesting facts scroll top