» » » “Monako”nun azarkeşləri Çempionlar Liqasında “Beşiktaş”la səfər matçına aparılmayacaqlar

“Monako”nun azarkeşləri Çempionlar Liqasında “Beşiktaş”la səfər matçına aparılmayacaqlar


Fransanın “Monako” klubu Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Beşiktaş”a qarşı keçirəcəyi oyuna azarkeş aparmayacaq.


ucarliyiq.biz-in məlumatına görə, bu barədə "knyazlıq təmsilçisi"nin rəsmi “Twitter” səhifəsi vasitəsi ilə verilən açıqlamada bildirilir. 


Qeyd olunur ki, Milli Xuliqanlıqla Müharizə Birliyinin (DNLH) tövsiyyəsi əsasında bu cür qərar qəbul olunub. “Monako” azarkeşlər arasında mümkün qarşıdurmanı önləmək üçün bu addımı atıb. Bu səbəbdən, İstanbulda “Vodafone Park” stadionunda baş tutacaq görüş üçün bilet satışı təşkil edilməyəcək.


Qeyd edək ki, “Beşiktaş” – “Monako” matçı noyabrın 1-də keçiriləcək.

Interesting facts scroll top