» » » Əfsanəvi futbolçusu "Çelsi"yə "Qarabağ"a görə xəbərdarlıq edib

Əfsanəvi futbolçusu "Çelsi"yə "Qarabağ"a görə xəbərdarlıq edib

Əfsanəvi futbolçusu "Çelsi"yə "Qarabağ"a görə xəbərdarlıq edib
© Chelseafc.com

"Çempionlar Liqasının qrup mərhələsində birinci dəfə iştirak etdiyi üçün "Qarabağ" ilk oyunda çox həyəcanlı olacaq. Amma bu komandaya heç bir halda yuxarıdan-aşağı baxmaq olmaz".


ucarliyiq.biz-in məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Pet Nevin deyib. London komandasının Əfsanəvi oyunçusu "Qarabağ"ın 2 il əvvəl Şotlandiyada "Seltik"ə qarşı keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununu izlədiyini açıqlayıb. O, gördüklərinə əsasən, Azərbaycan təmsilçisini belə dəyərləndirib: "Qarabağ"ın futbolçuları istedadlı, çox xoş oyun üslubu və üstəlik, böyük əzmkarlığa malikdirlər. Onlar artıq 6 oyuna çıxıblar. Düzdür, bunlar qrup mərhələsinin oyunları ilə müqayisə oluna bilməz. Lakin tariximizə nəzər yetirsək, keçmişdə gözlənilməz xal itkiləri ilə üzləşmişik. Bu dəfə isə çətin qrupa düşdüyümüzdən, Azərbaycan təmsilçisi ilə 2 oyuna 6 xal mütləq vəzifə olmalıdır".


Şotlandiyalı mütəxəssis "Çelsi"nin "Qarabağ"la görüşün taleyini elə ilk yarıdaca 1-2 qolla həllini istədiyini də dilə gətirib: "Hətta 45 dəqiqə və ya yarım saat uzunmüddətli perspektivdə həyati vacib məsələ ola bilər. Komandamız Premyer Liqa və Çempionlar Liqasında uğur əldə etmək üçün kifayət qədər ac görünür".


Qeyd edək ki, bu gün Londondakı "Stemford Bric" stadionunda keçiriləcək "Çelsi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Interesting facts scroll top