» » » "Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə böyük hesabla uduzub

"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə böyük hesabla uduzub


"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.


“Report” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv I tur çərçivəsində İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub. Görüşün ilk yarısı qolsuz başa çatıb. Lakin matçın 49-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Qədirzadə qırmızı vərəqə aldıqdan sonra meydan sahibləri say üstünlüyündən lazımınca istifadə edərək, 5:0 hesabı ilə qalib gəliblər.


Qeyd edək ki, qaydalara əsasən, ÇL-ə vəsiqə qazanan klubların U-19 komandaları avtomatik olaraq Gənclər Liqasında çıxış edirlər. Onların oyunları əsas komandaların qarşılaşmasının keçirildiyi gün olur.


UEFA Gənclər Liqası


Qrup mərhələsi, I tur




"Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0


Qollar: Kollum Hadson Odoy, 54. Trevoh Çaloboh, 63; 71; 74. Çarli Braun, 80


Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49 ("Qarabağ")


"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu


Baş hakim: Robert Hennessi


Baş hakimin köməkçiləri: Darraq Kiqan, Darren Keri (hamısı İrlandiya)


Dördüncü hakim: Con Basbi (İngiltərə)


UEFA nümayəndəsi: Bert Andersson (İsveç)


UEFA hakim-inspektoru: Peter Cons (İngiltərə)

Interesting facts scroll top