» » » ÇL: "Çelsi"-"Qarabağ" qarşılaşmasında hesab açılıb - YENİLƏNİB

ÇL: "Çelsi"-"Qarabağ" qarşılaşmasında hesab açılıb - YENİLƏNİB

ÇL: "Çelsi"-"Qarabağ" qarşılaşmasında hesab açılıb - YENİLƏNİB

Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələn "Çelsi" və "Qarabağ" komandalarının oyununda hesab açılıb.


ucarliyiq.biz xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində Pedro Rodriguez meydan sahiblərini irəli çıxarıb: 1:0.  



***22:47


"Qarabağ" komandası Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsində mübarizəyə başlayıb.


ucarliyiq.biz-in məlumatına görə, Ağdam klubu İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağıdır. 


C qrupunda yer alan komandaların görüşü "Stemford Bric" stadionunda keçirilir və Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Görüşü Tasos Sidiropulosun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edir.


Çempionlar Liqası, qrup mərhələsi


C qrupu


22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)


Baş hakim: Anastasios Sidiropulos


Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis


Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos


Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)


Hakim-inspektor: Paulius Maljinskas (Litva)


UEFA nümayəndəsi: Mixal Martinyak (Slovakiya)


London, "Stemford Bric" stadionu

Interesting facts scroll top