» » » AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edib. 


ucarliyiq.biz-in məlumatına görə, buna səbəb gənc mütəxəssisin "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IV tur matçının 90+1-ci dəqiqəsində baş hakim Ömər Paşayevə sərt formada etirazı olub. 


Abbasov "Zirə"nin qapısına penalti təyin olunduğu epizoddan sonra narazılığını bildirib. Sonradan o, penaltiyə görə yox, vaxtın 5 dəqiqə uzadılması ilə əlaqədar belə hərəkətə yol verdiyini açıqlayıb. 


İntizam Komitəsi bu hal yenidən baş verəcəyi təqdirdə, Abbasovun cəzalanacağını bəyan edib.


Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib. 

Interesting facts scroll top