» » » "Neftçi"nin yeni transferi: "İndi komandada ab-hava tam başqadır"

"Neftçi"nin yeni transferi: "İndi komandada ab-hava tam başqadır"

"Neftçi"nin yeni transferi: "İndi komandada ab-hava tam başqadır"
© Neftchipfk.com

"Doğma hisslərdir. Üçüncü dəfədir komandaya qayıdıram. 7 il burada oynamışam. Az müddət deyil. Klub üçün canımı qoymuşam. Bu komanda ilə ilk dəfə Avropa Liqasının qrupuna düşmüşəm, o sevinci yaşamışıq. Əlimizdən gələni edəcəyik ki, yenə qruplara düşək, Avroliqa həyəcanını yaşayaq. Həm yerli, həm də xarici futbolçunun borcudur ki, "Neftçi"nin, flaqmanın adını daşıyırsa, komandanı yüksəklərə qaldırsın".


ucarliyiq.biz-in məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Rəşad Sadiqov klubun televiziyasına açıqlamasında deyib. 34 yaşlı yarımmüdafiəçi hazırda komanda daxilindəki münasibətlərin tam qaydasında olduğunu bildirib: "Əvvəllər bilmirdim, amma indi ab-hava tam başqadır. Hamı bir-biri ilə qardaş kimidir. Legioner və yerli futbolçuların münasibətlərini də nəzərdə tuturam. Tərlan Əhmədov komandaya tam fərqli, kollektivçilik ab-havası gətirib. Çalışacağıq ki, yaxşı nəticələr göstərək".


Qeyd edək ki, Rəşad Sadiqov 2003 - 2004, 2005 - 2008 və 2012 - 2014-cü illərdə "Neftçi"də çıxış edib.  

Interesting facts scroll top