» » » Çempionlar Liqası: "Beşiktaş" Portuqaliyada Portunu məğlub edib

Çempionlar Liqası: "Beşiktaş" Portuqaliyada Portunu məğlub edib

Çempionlar Liqası: "Beşiktaş" Portuqaliyada Portunu məğlub edib

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində növbəti matçlar keçirilib.


ucarliyiq.biz xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupunda yer alan komandalar üz-üzə gəliblər.


Türkiyə çempionu "Beşiktaş" mübarizəyə Portuqaliyada "Portu"ya qarşı görüşlə başlayıb. Qarşılaşmada vurulan 4 qolun hamısının müəllifi qonaqlar olub. "Qara qartallar" qollardan 3-nü rəqib, 1-ni öz qapısına vurub.


Turnirin son qalibi İspaniya "Real Madrid”i Kipr APOEL-inə böyük hesabla qalib gəlib. Yarışın favoritlərindən sayılan İngiltərənin "Mançester Siti” komandası Hollandiyada "Feyenoord”u darmadağın edib.


Günün mərkəzi görüşündə isə "Liverpul" İngiltərədə İspaniya "Sevilya"sı ilə məhsuldar heç-heçə edib. Sloveniyada "Maribor-in Rusiya "Spartak"ı, Almaniyada isə Çempionlar Liqasının debütantı "Leyptsiq"in Fransa "Monako"su ilə heç-heçələri, eləcə də Ukrayna "Şaxtyor-inun İtaliya "Napoli"sinə qalib gəlməsi gecənin gözlənilməz nəticələri sayıla bilər.


Çempionlar Liqası, Qrup mərhələsi, I tur


13 sentyabr


E qrupu


22:45. "Maribor” (Sloveniya) – "Spartak” (Moskva, Rusiya) - 1:1


Qollar: Damyen Bohar, 85 - Aleksandr Səmədov, 60


22:45. "Liverpul” (İngiltərə) – "Sevilya” (İspaniya) - 2:2


Qollar: Roberto Firmino, 21. Məhəmməd Salah, 37 - Vissam Ben Yedder, 5. Joakin Korrea, 72


İstifadə edilməyən penalti: Roberto Firmino, 42 ("Liverpul")


F qrupu


22:45. "Feyenoord” (Hollaniya) – "Mançester Siti” (İngiltərə) - 0:4


Qollar: Con Stounz, 2; 63. Serxio Aqüero, 10. Qabriel Xesus, 25


22:45. "Şaxtyor” (Ukrayna) – "Napoli” (İtaliya) - 2:1


Qol: Tayson Freda, 15. Fakunda Ferreyra, 58 - Arkadiuş Milik, 72-penalti ilə


G qrupu


22:45. "Leyptsiq” (Almaniya) – "Monako” (Fransa) - 1:1


Qollar: Emil Forsberq, 33 - Yuri Tielemans, 34


22:45. "Portu” (Portuqaliya) – "Beşiktaş” (Türkiyə) - 1:3


Qollar: Duşko Toşiç, 21-öz qapısına - Anderson Taliska, 13. Cenk Tosun, 28. Rayan Babel, 86


H qrupu


22:45. "Tottenhem” (İngiltərə) – "Borussiya” (Dortmund, Almaniya) - 3:1


Qollar: Hyunq-Min Son, 4. Hari Keyn, 15; 60 - Andrey Yarmolenko, 11


22:45. "Real Madrid” (İspaniya) – APOEL (Kipr) - 3:0


Qollar: Kriştianu Ronaldu, 12, 50 (pen). Serxio Ramos, 61

Interesting facts scroll top