» » » Avropa Liqasının qrup mərhələsində mübarizəyə start veriləcək

Avropa Liqasının qrup mərhələsində mübarizəyə start veriləcək


Bu gün 2017-2018-si illər mövsümü üzrə Avropa Liqasının qrup mərhələsində mübarizəyə start veriləcək.


ucarliyiq.biz-in məlumatına görə, 12 qrupda yer alan 48 komanda arasında Türkiyənin 2 təmsilçisi də var.


Onlardan "Başakşehir" Bolqarıstan "Lüdoqorets"ini qəbul edəcək. "Konyaspor" isə Fransada "Marsel"in qonağı olacaq. Postsovet məkanından isə Rusiyanın "Lokomotiv" (Moskva) və "Zenit", Ukraynanın "Dinamo" (Kiyev) və "Zarya" (Luqansk), Belarusun BATE, Moldovanın "Şerif", Qazaxıstanın "Astana" komandaları qrupa düşüb. "Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Şerif" Çexiya "Zlin"inə qonaq olacaq, Danimarka "Kopenhagen"i isə məhz "Lokomotiv"i qəbul edəcək.


Azərbaycan isə son 4 mövsümdə ilk dəfə Avroliqanın qrup mərhələsində təmsil olunmayacaq.


A qrupu


21:00. "Slaviya" (Praqa, Çexiya) - "Makkabi" (Təl-Əviv, İsrail)


21:00. "Vilyarreal" (İspaniya) - "Astana" (Qazaxıstan)


B qrupu


21:00. "Yanq Boyz" (İsveçrə) - "Partizan" (Serbiya)


21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Skenderbeu" (Albaniya)


C qrupu


21:00. "Başakşehir" (Türkiyə) - "Lüdoqorets" (Bolqarıstan)


21:00. "Hoffenhaym" (Almaniya) - "Braqa" (Portuqaliya)


D qrupu


21:00. "Riyeka" (Xorvatiya) - AEK (Afina Yunanıstan)


21:00. "Austriya" (Avstriya) - "Milan" (İtaliya)


E qrupu


21:00. "Apollon" (Kipr) - "Lion" (Fransa)


21:00. "Atalanta" (İtaliya) - "Everton" (İngiltərə)


F qrupu


21:00. "Kopenhagen" (Danimarka) - "Lokomotiv" (Moskva, Rusiya)


21:00. "Zlin" (Çexiya) - "Şerif" (Moldova)


G qrupu


23:05. "Styaua" (Rumıniya) - "Viktoriya" (Plzen, Çexiya)


23:05. "Hapoel" (Beer-Şeva, İsrail) - "Luqano" (İsveçrə)


H qrupu


23:05. "Arsenal" (İngiltərə) - "Köln" (Almaniya)


23:05. "Srvena Zvezda" (Serbiya) - BATE (Belarus)


İ qrupu


23:05. "Setubal" (Portuqaliya) - "Zalsburq" (Avstriya)


23:05. "Marsel" (Fransa) - "Konyaspor" (Türkiyə)


J qrupu


23:05. "Herta" (Almaniya) - "Atletik" (Yunanıstan)


23:05. "Zarya" (Luqansk, Ukrayna) - "Ostersun" (İsveç)


K qrupu


23:05. "Vitess" (Hollandiya) - "Latsio" (İtaliya)


23:05. "Sulte Varegem" (Belçika) - "Nitsa" (Fransa)


L qrupu


23:05. "Real Sosyedad" (İspaniya) - "Rusenborq" (Norveç)


23:05. "Vardar" (Makedoniya) - "Zenit" (Rusiya)


Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

Interesting facts scroll top