» » » "Atletiko"nun futbolçusu: "Bizi Azərbaycana çətin səfər gözləyir”

"Atletiko"nun futbolçusu: "Bizi Azərbaycana çətin səfər gözləyir”

"Atletiko"nun futbolçusu: "Bizi Azərbaycana çətin səfər gözləyir”
© Atleticodemadrid.com

“İlk hədəf qrupdan çıxmaqdır. Bizi “Roma” və “Çelsi” ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir”. 


“Report” xəbər verir ki, bunu İspaniyanın “Atletiko” komandasının futbolçusu Koke Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Roma” ilə İtaliyada qolsuz heç-heçədə sonra deyib.


25 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçi bildirib ki, “Roma” ilə görüşdə yaxşı təsir bağışlasalar da, bu, üç xal qazanmaq üçün kifayət etməyib. O, etməli olduqları hər şeyi yerinə yetirdiklərini söyləyib: “Lakin bu, 3 xal qazanmağımız üçün kifayət etmədi. Rəqibin müdafiə xətti və qapıçısı yaxşı təsir bağışladı. “Roma” çox yaxşı komandadır”.


Qeyd edək ki, “Qarabağ” – “Atletiko” oyunu oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu kollektivlər arasında ikinci görüş oktyabrın 31-də Madriddə olacaq.

Interesting facts scroll top