» » » 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib
© Report.az

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub. 


ucarliyiq.biz-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar Məşqçilər Komitəsinin təklifinə əsasəna qəbul olunub. Yeni baş məşqçi isə bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadəni özünə köməkçi-məşqçi təyin edib. 


Qeyd edək ki, Samir Ələkbərov yeni vəzifədə ilk iki oyunda İsrail və İrlandiyaya 1:3 hesablı məğlubiyyyətlərdən sonra istefaya göndərilmiş Yaşar Vahabzadəni əvəzləyib. Azərbaycan millisi ilin sonunadək oktyabrın 6-da Almaniya ilə səfərdə, noyabrın 9-da evdə qarşılaşacaq. Noyabrın 14-də isə Kosovo millisi ilə Bakıda görüş nəzərdə tutulub. 

Interesting facts scroll top